“Real” səfərdə “Levante”yə qalib gəlib. Oyuna hücümlarla başlayan qonaqlar 16-cı dəqiqədə istəklərini çatıblar. Vinisius Junior fərqlənib. Bundan sonra da təşəbbüsü əldən verməyən “Real” futbolçuları bir də görüşün sonunda fərqləniblər. Kərim Benzema qarşılaşmada son nöqtəni qoyub. Beləliklə  Madrid klubu  2:0 hesablı qələbə qazanıb.

“Barselona” isə mövsümdə ilk dəfə xal itkisi ilə üzləşib. Ronald Kumanın komandası “Nou Kamp”da “Sevilya” ilə sülh bağlayıb. Xatırladaq ki, hər iki komanda ilk 2 görüşdə qələbə qazanmışdi. Hesabı 8-ci dəqiqədə “Sevilya”nın hücümçusu Lük de Yonq açıb. Cəmi 2 dəqiqədn sonra isə Koutinyo tarazlığı bərpa edib 1:1. Qalan vaxt ərzində isə tərəflərdən hec biri fərqlənə bilməyib. Görüş bu hesabla yekunlaşıb.